
İran paytaxtının bəzi şərq rayonlarında partlayış səsləri eşidilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NourNews” agentliyi məlumat yayıb.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.
Digər tərəfdən, “Fars” agentliyi İsrailin Tehranın şimal-qərbindəki Kərəc şəhərinə hücum etdiyini bildirib.
Agentliyin məlumatına görə, partlayış Kərəc hava limanı yaxınlığında baş verib.
Hazırda İran Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.
Eyni zamanda, İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti də İsrail Hərbi Hava Qüvvələrinin Tehran bölgəsindəki hərbi obyektlərə hücum etdiyini bildirib.
“Hərbi-Hava Qüvvələri hazırda Tehran bölgəsində İranın hərbi obyektlərinə hücum edir”, - deyə mətbuat xidməti qeyd edib.