
“Barselona”nın prezidenti Joan Laporta və idman direktoru Deko “Liverpul”un kolumbiyalı vingeri Luis Diazı yay transfer pəncərəsi zamanı Kataloniya klubunda görmək istəyirlər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə COPE məlumat yayıb.
Bildirilib ki, “Barselona” rəhbərliyi futbolçu üçün 65-80 milyon avro ödəməyə hazırdır:
“Transfer baş tutmasa, kataloniyalılar daha əvvəl “Barselona”ya keçmək arzusunda olan “Atletik Bilbao”nun futbolçusu Niko Uilyamsı transfer etmək niyyətindədir”.