Ronaldo Trampa imzalı köynək bağışladı


“Qızıl top”un beşqat qalibi Kriştianu Ronaldo ABŞ Prezidenti Donald Trampa adı və şəxsi avtoqrafı olan Portuqaliya millisinin formasını hədiyyə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Portuqaliya millisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, portuqaliyalı köynəyin üzərinə “Sülhün tərəfdarı olan prezident Donald Trampa” yazıb.
Hədiyyə Trampa Avropa Şurasının rəhbəri Antonio Kosta tərəfindən verilib.
Qeyd edək ki, Ronaldonun 40 yaşı var. Portuqaliyalı beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, ikiqat Millətlər Liqasının qalibi, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatları tarixində ən yaxşı bombardiridir. Ronaldo rəsmi oyunlarda karyerasında 900 qol həddinə çatan ilk futbolçu olub.

DİGƏR XƏBƏRLƏR

Top