“Çinin G7-yə qoşulmasının əleyhinə deyiləm” – Tramp


ABŞ Prezidenti Donald Tramp Çinin Yeddilik Qrupuna (G7) qoşulmasını “yaxşı fikir” adlandırıb.
Yeniavaz.com
xəbər verir ki, Amerika lideri bunu G7-nin hazırkı sammiti çərçivəsində Kanadanın baş naziri Mark Karni ilə görüşündə deyib.
Tramp Çinin iştirakı ilə G7 görüşlərinin keçirilməsinin məntiqli olduğu fikri ilə faktiki olaraq razılaşıb.
“Bu pis fikir deyil. Əgər kimsə Çinin daxil olmasını təklif etmək istəyirsə, mən bunun əleyhinə deyiləm.”, - o qeyd edib.
ABŞ lideri həmçinin qeyd edib ki, dünya liderləri sammitlərdə ünsiyyət qurmağı bacarmalıdırlar.
Qeyd edək ki, Yeddilik Qrupu (G7) Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanın daxil olduğu iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin birliyidir. 1975-ci ildə qrup Fransada Böyük Britaniya, Qərbi Almaniya, İtaliya, ABŞ, Fransa və Yaponiyadan ibarət ilk iclasını keçirib. Qrup 1976-1997-ci illərdə “yedildik” formatında mövcud olub. Rusiyanın üzv olmasından sonra o, “Böyük səkkizlik”ə çevrilib. 2014-cü ilin martında Ukrayna hadisələri, ABŞ və Avropanın Rusiya ilə münasibətlərində sonrakı böhran nəticəsində qrupun qərb iştirakçıları “yeddilik” formatına qayıtmaq qərarına gəliblər.

DİGƏR XƏBƏRLƏR

Top