İran və İsraildə ölən Azərbaycan vətəndaşı var?


“İsrailin və İranın qarşılıqlı hava hücumları nəticəsində hər iki ölkədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması barədə səfirlik və konsulluqlarımıza məlumat daxil olmayıb”.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə proqramını hədəf alan “Aslan milləti” əməliyyatına başlayıb. 24 saat keçməmiş Tehran cavab hücumuna keçib. İsrail və İran növbəti günlərdə yenidən bir-birlərinin ərazilərinə zərbələr endirib. Hər iki tərəf hücumlar zamanı itki və ya itkilər barədə məlumat verib.

DİGƏR XƏBƏRLƏR

Top