Bir sıra yollarda tıxac var – Siyahı


Paytaxt Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, hal-hazırda sıxlıq olan yollar aşağıdakılardır:
1. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından  "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
 2. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
 3. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
 4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 5. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
 6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
 7. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində.

DİGƏR XƏBƏRLƏR

Top