“Latsio” 37 yaşlı Pedro ilə müqaviləni uzatdı


“Latsio” və 37 yaşlı ispaniyalı yarımmüdafiəçi, dünya və Avropa çempionu Pedro əməkdaşlığını uzadıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İtaliya klubunun saytında məlumat dərc olunub.
Bildirilib ki, yeni müqavilə gələn mövsümün sonuna qədər davam edəcək
Qeyd edək ki, Pedro “Barselona”nın heyətində beş dəfə İspaniya liqasının, üç dəfə Kral Kubokunun, dörd Super Kubokun, üç Çempionlar Liqasının, üç dəfə Avropa Superkubokunun və üç dəfə Klublararası Dünya Çempionatının qalibi olub. O, həmçinin “Çelsi” ilə İngiltərə Premyer Liqası, İngiltərə Kuboku və Avropa Liqasının qalibi olub.

DİGƏR XƏBƏRLƏR

Top