İsrail tərəfi İranın hava məkanına tam nəzarət etdiyini açıqlayıb


İsrail hərbi qüvvələri İranın hava məkanına tam nəzarət edir.
Yeniavaz.com
xəbər verir ki, bunu yəhudi dövlətinin Rusiyadakı səfiri Simona Qalperin keçirdiyi brifinqdə deyib.
“İsrail Hərbi Hava Qüvvələri İranın bütün ərazisinə və hava məkanına tam nəzarət edir”, - səfir qeyd edib.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə proqramını hədəf alan “Aslan milləti” əməliyyatına başlayıb. 24 saat keçməmiş Tehran cavab hücumuna keçib. İsrail və İran növbəti günlərdə yenidən bir-birlərinin ərazilərinə zərbələr endirib. Hər iki tərəf hücumlar zamanı itki və ya itkilər barədə məlumat verib.

DİGƏR XƏBƏRLƏR

Top