Hindistan təyyarəsinin qəzaya uğradığı yerdən ən azı 270 cəsəd tapıldı


Londona uçan “Air India” aviaşitkətinə məxsus təyyarənin bu həftə Hindistanın Əhmədabad şəhərindəki tibb kollecinin yataqxanasına çırpılması nəticəsində ən azı 270 cəsəd aşkarlanıb.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə xəstəxana rəsmisi şənbə günü jurnalistlərə bildirib.
Belə ki, cümə axşamı Böyük Britaniyanın “Gatwick” hava limanına uçan və göyərtəsində 242 nəfər olan “Boeing 787-8 Dreamliner” təyyarəsi havaya qalxdıqdan dərhal sonra yüksəkliyini itirməyə başlayıb. Daha sonra binalara çırpılan təyyyarə alovlanıb.
Möcüzəvi şəkildə təyyarə qəzasından yalnız bir nəfər sağ çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top