
İsrailin zərbələri nəticəsində İranın daha üç nüvə alimi öldürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Dövlət Yayım Şirkəti məlumat yayıb.
Məlumata görə, İranın nüvə fizikləri Əli Bəkai Kərimi, Mənsur Əsgəri və Səid Borci İsrailin İrana endirdiyi zərbələr nəticəsində həlak olub.
Qeyd edək ki, bundan əvvəl İranın 6 nüvə alimi öldürülmüşdü. Bunlar Məhəmməd Mehdi Tehrançı, Əhməd Rza Zülfəqari Dəryani, Abdulhəmid Minuçöhr, Əmir Hüseyn Fəqhi, Əkbər Mötələbi Zadə və Fereydun Abbasidir.