
Futbol üzrə İngiltərə millisinin və “Mançester Yunayted” komandasının keçmiş yarımmüdafiəçisi Devid Bekxem “cəngavər” rütbəsinə layiq görülüb və “ser” ünvanını alıb.
Yeniavaz.com BBC telekanalına istinadla xəbər verir ki, Kral III Çarlzın rəsmi ad günü münasibətilə dövlət mükafatları alanların siyahısı Böyük Britaniya hökumətinin saytında yerləşdirilib.
Siyahıda həmçinin “The Who Roger Daltrey” rok qrupunun yaradıcısı və vokalisti, “Darkest Hour” (2017) filmində baş nazir Uinston Çörçill rolunun ifaçısı “Oskar” mükafatçısı Qari Oldman da var.
Aktrisa Eleyn Peyc və Britaniyanın keçmiş müdafiə naziri Penni Mordonta isə “Dama” titulu verilib.
Ümumilikdə siyahıya 1200 nəfər daxil olub.
Telekanalın xəbər verdiyi kimi, cümə günü axşam dərc olunan sənəddə kişilərlə qadınlar demək olar ki, bərabər şəkildə təmsil olunub (müvafiq olaraq 52% və 48%).
Bu dəfə ən yaşlı mükafatçının yaşı 106 (Kolreyn Uilyam İrvin), ən gənc mükafatçının yaşı isə 11 (Karmela Çilleri Uotson) olub.
Qeyd edək ki, Britaniya İmperiyasının ordeni 1917-ci ildə III Çarlzın ulu babası Kral V Corc tərəfindən təsis edilib. Bu mükafatın beş dərəcəsi var. Ən aşağı rütbə Britaniya İmperiyası ordeninin kavaleridr. Daha sonra ordenin zabitləri, komandorları, cəngavər və dama komandorları və nəhayət, böyük xaç cəngavər və damaları gəlir. Son iki kateqoriya avtomatik olaraq öz sahiblərinə “ser” (kişilər üçün) və “dama” (qadınlar üçün) fəxri prefiksləri verir.