“İranın nüvə sazişi bağlamaq üçün ikinci şansı var” – Tramp


“Tehranın nüvə proqramı ilə bağlı saziş bağlamaq üçün ikinci şansı var”.
Yeniavaz.com
xəbər verir ki, bunu İsrailin İran obyektlərinə zərbələr endirməsindən sonra ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında bildirib.
ABŞ prezidenti xatırladıb ki, iki ay əvvəl o, İrana 60 günlük ultimatum verib.
“İki ay əvvəl mən İrana nüvə proqramı ilə bağlı müqavilə bağlamaq üçün 60 günlük ultimatum verdim. Onlar bunu etməli idilər! Bu gün 61-ci gündür. Mən onlara nə etməli olduqlarını dedim, ancaq onlar bunu edə bilmədilər. İndi onların, bəlkə də, ikinci şansları var!” – Amerika lideri qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top