
“Ermənistan qarşısına Rusiya ilə münasibətləri kəsmək vəzifəsi qoymur”.
Yeniavaz.com “Azadlıq” radiosuna istinadla xəbər verir ki, bunu iyunun 13-də Çexiyada Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Parlamentimiz bu yaxınlarda Avropa İttifaqına üzvlüyün başlanması ilə bağlı qanun qəbul edib. İndi bizim Aİ ilə çox sıx əməkdaşlığımız var. Amma digər tərəfdən, bizim xarici siyasətimiz balanslaşdırılmış siyasət olduğu üçün Rusiya ilə münasibətləri pozmaq vəzifəmiz yoxdur. Bu, bizim strategiyamızdır”, - Paşinyan bildirib.
Qeyd edək ki, mart ayında Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini bütün oxunuşlarda qəbul edib.
Ermənistan-Rusiya gərginliyinə əlavə səbəbə çevrilən Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanunun qəbulundan sonra Moskvadan müxtəlif yüksək rütbəli rəsmilər İrəvanın ya Aİİ, ya da Aİ-ni seçməli olduğunu bəyan ediblər.