
Türkiyə teatr və kinosunun veteranı Şener Şen sonuncu dəfə “Zengin Mutfağı” tamaşasını səhnələşdirərək aktyorluqla vidalaşıb.
Yeniavaz.com xəbər verir ki, 1977-ci ildən səhnəyə qoyulan və baş rolda Şener Şenin oynadığı “Zengin Mutfağı” tamaşası sonuncu dəfə Harbiye Cəmil Topuzlu Açıq Hava Teatrında canlandırılıb.
83 yaşlı ustad aktyor çıxışından sonra jurnalistlərin suallarını cavablandırıb.
Şen, “İndi səhnədən getdinizmi? Yeni bir tamaşa və ya kino layihəsi olacaqmı?” Sualına “Yox, bitdi” deyə qısa cavab verib.