Dubayda dünyanın ən hündür metro stansiyası tikiləcək – Fotolar


Dubayda yeni metro xətlərinin tikintisinə başlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Khaleej Times” nəşri məlumat yayıb.
Məlumata görə, yeni metro xəttinin şəhərin nəqliyyat infrastrukturunu yaxşılaşdırması, tıxacları aradan qaldırması və Dubay Beynəlxalq Hava Limanı ilə birbaşa əlaqəni təmin etməsi gözlənilir.
Həmçinin, bu layihə çərçivəsində “Dubai Creek Harbour” rayonu ərazisində yeni “Emaar Properties” metro stansiyası tikiləcək.
Onun hündürlüyü 74 metrə çatacaq və dünyanın ən hündür metro stansiyası olacaq.
Yeni metro stansiyasının açılışı 2029-cu ildə gözlənilir.
Layihə 11 min kvadratmetr sahəni əhatə edəcək və gündə 160 min nəfərə qədər sərnişinə xidmət edəcək.
Qeyd edək ki, stansiyanın layihəsi ABŞ-nin “Skidmore, Owings & Merrill” memarlıq şirkətinə məxsusdur. Bu şirkət “Burc Xəlifə” layihəsinin müəllifi kimi tanınır.

DİGƏR XƏBƏRLƏR

Top