“OpenAI”nin müntəzəm gəliri 10 milyardı keçdi


“OpenAI”nin illik requlyar gəliri, yəni abunələr, proqram təminatı müqavilələri və sair kimi müntəzəm daxilolmalardan əldə edilən gəlir 10 milyard dolları ötüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Şirkət bu nəticəni özünün “ChatGPT” çatbotunun istifadəyə verilməsindən sonra iki il yarımdan az müddətdə əldə edib. Eyni zamanda, Qeyd edilib ki, “OpenAI” ili 5 milyard dollar zərərlə başa vurub.
Daha əvvəl bildirilib ki, şirkətin məqsədi 2029-cu ilə qədər 125 milyard dollar gəlir əldə etməkdir. Mart ayında şirkət bəyan edib ki, onun aylıq aktiv istifadəçilərinin sayı 500 milyona, pullu biznes abunəçilərinin sayı isə 3 milyona yaxındır. Şirkətin bazar kapitallaşması 320 milyard dollardan çox qiymətləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top