İtkin düşən yeniyetmə axtarılır


Sumqayıt şəhərində yeniyetmə itkin düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, şəhər sakini fiziki məhdudiyyətli 14 yaşlı Ömər Yaqubov yaşadığı ünvandan çıxıb, naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
“Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin (018) 654-02-02, (018) 655-76-65 şəhər və (+994)50-384-84-99 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, - məlumatda deyilib.

DİGƏR XƏBƏRLƏR

Top