Rayonlara leysan yağacaq, dolu düşəcək – Xəbərdarlıq

leysan yağacaq, dolu düşəcək… – sabahın havası
Azərbaycanın rayonlarında mayın 24-dən 25-i gündüzədək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

DİGƏR XƏBƏRLƏR

Top