
İngiltərənin “Tottenhem Hotspur” klubu 2024/25 Avropa Liqasının qalibi olub.
Yeniavaz.com xəbər verir ki, komanda final görüşündə İngiltərənin digər klubu “Mançester Yunayted”ə qalib gəlib.
İspaniyanın Bilbao şəhərində, “San Mames Barriya” stadionunda keçirilən görüş 1:0 hesabı ilə başa çatıb.
Yeganə qolu oyunun 42-ci dəqiqəsində Pape Matar Sarranın ötürməsi ilə Brennan Conson vurub.
Oyunu baş hakimi almaniyalı Feliks Zveyer idarə edib.
Yarımfinal mərhələsində “Tottenhem” Norveçin “Bodo-Qlimt” komandasını iki görüşdə ümumi hesabla 5:1 hesabı ilə məğlub edib.
“Qırmızı şeytanlar” eyni mərhələdə “Atletik Bilbao”dan güclü olub. İki oyunun ümumi nəticəsi 7:1 hesabı ilə başa çatıb.
Bu qələbə sayəsində “Tottenhem” növbəti mövsüm Çempionlar Liqasının ümumi mərhələsinə birbaşa vəsiqə əldə edib.
Qeyd edək ki, keçən mövsüm Avropa Liqasının kubokunu 2024-cü ilin finalında “Bayer Leverkuzen”i 3:0 hesabı ilə məğlub edən Berqamonun “Atalanta” qazanıb.