İran-ABŞ danışıqlarının beşinci raundu nə vaxt keçiriləcək?


İran və ABŞ arasında İslam Respublikasının nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün danışıqların beşinci raundu mayın 23-də Romada keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi sosial şəbəkə hesabında yazıb. 
“İran və ABŞ arasında danışıqların beşinci raundu cümə günü, mayın 23-də Romada baş tutacaq”, - əl-Busaidi yazıb. 
Qeyd edək ki, ABŞ və İran Omanın köməyi ilə artıq dörd raund danışıqlar keçirib. İran nümayəndə heyətinə ölkənin xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edir.

DİGƏR XƏBƏRLƏR

Top