Putin və Tramp telefonla danışacaq


Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığının planlaşdırılan vaxtı açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.  
Kremlin sözçüsü zəngin Moskva vaxtı ilə saat 17:00-da (Bakı vaxtı ilə saat 18:00) baş tutacağını bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Amerika lideri “Truth Social” sosial şəbəkə hesabında mayın 19-da saat 10:00-da (Bakı vaxtı ilə saat 18:00) Putinlə söhbət edəcəyini yazıb.
Mövzular arasında Tramp Ukrayna münaqişəsinin nizamlanması və ticarətinin adını çəkib. ABŞ Prezidenti əlavə edib ki, Rusiya dövlətinin başçısı ilə danışdıqdan sonra Vladimir Zelenski və NATO üzvü olan ölkələrin liderləri ilə danışacaq.
Xatırladaq ki, Putinlə Tramp arasında əvvəlki telefon danışığı martın 18-də olub.

DİGƏR XƏBƏRLƏR

Top