Hakan Fidan Rusiya nümayəndə heyəti ilə görüşəcək


Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna tərəfi ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski ilə görüş keçirəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keceli jurnalistlərə açıqlama verib.
Bildirilib ki, görüş Dolmabağçanın prezident aparatında baş tutacaq:
“Xarici işlər naziri Hakan Fidan mayın 15-i axşam saatlarında Dolmabağça sarayında Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti ilə görüşəcək”.

DİGƏR XƏBƏRLƏR

Top