Makron yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyalar elan etmək istəyir


Fransa Prezidenti Emmanuel Makron yaxın günlərdə Aİ səviyyəsində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, Makron bu barədə TF1 telekanalında danışıb.
“Rusiya atəşkəsə əməl etməkdən imtinasını təsdiq edərsə, biz sanksiyaları yaxın günlərdə ABŞ ilə sıx koordinasiyada təqdim etmək istəyirik”, - ölkə başçısı deyib.
Onun sözlərinə görə, “könüllülər koalisiyası”nın nümayəndələri Böyük Britaniya, Polşa, Fransa və Almaniya liderlərinin Kiyevə səfəri zamanı elan etdikləri 30 günlük barışıq tələblərinə faktiki olaraq cavab ala bilməyiblər.
Fransa liderinin sözlərinə görə, hazırda Avropa Komissiyasının nümayəndələri Vaşinqtonda administrasiya və amerikalı senatorlarla Rusiyaya qarşı sanksiyaların mümkün gücləndirilməsi ilə bağlı danışıqlar aparır.
Jurnalistlərin indiki mərhələdə Rusiyaya qarşı sanksiyaların nə dərəcədə faydalı olduğuna dair suallarını cavablandıran Makron, israrla onların effektiv olduğunu deyib. 

DİGƏR XƏBƏRLƏR

Top