“Eurovision 2025”in ilk yarımfinalıdır


Bu gün İsveçrənin Bazel şəhərində “Eurovision-2025” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, yarış Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycanı müsabiqədə 10 nömrə altında çıxış edəcək “Mamagama” qrupu təmsil edir. Qrupun üzvləri Asəf Mişiyev, Həsən Heydər və Arif İmanov “Run with U” mahnısını ifa edəcəklər.
Birinci yarımfinalda iştirak edən 15 ölkədən yalnız 10-u səsvermənin nəticələrinə əsasən finala vəsiqə qazanacaq.
Azərbaycandan “Eurovision 2025” mahnı müsabiqəsinin şərhçiləri ifaçı və musiqi prodüseri Elnarə Xəlilova, həmçinin tele və radio aparıcısı Ağa Nadirov olacaq.
İkinci yarımfinal mayın 15-də, final isə mayın 17-də baş tutacaq.
Bu il Avroviziyada 37 ölkə iştirak edir. Monteneqro iki illik fasilədən sonra müsabiqəyə qayıdıb, Moldova isə maliyyə səbəblərinə görə yarışdan çıxıb. 

DİGƏR XƏBƏRLƏR

Top