Qadınlar arasında dünya çempionatında 48 komanda iştirak edəcək – FİFA açıqladı


Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) qadınlar arasında dünya çempionatında iştirak edəcək komandaların sayının 32-dən 48-ə çatdırılması barədə qərar qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Genişlənmə nəticəsində qrup mərhələsindəki qrupların sayı səkkizdən 12-yə, ümumi oyunların sayı isə 64-dən 104-ə yüksələcək. Turnir həmçinin hazırkı 32 komanda formatı ilə müqayisədə bir həftə uzadılacaq.
Qadınlar arasında 48 komandanın iştirak etdiyi ilk dünya çempionatı 2031-ci ildə Şimali Amerikada keçiriləcək.
2027-ci ildə Braziliyada keçiriləcək növbəti turnirdə 32 komanda iştirak edəcək.

DİGƏR XƏBƏRLƏR

Top