
ABŞ-nin Moskvadakı səfiri Lin Treysi Qırmızı Meydanda keçirilən Qələbə Paradında iştirak etməyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a Rusiyanın siyasi dairələrindəki mənbəsi bildirib.
“Amerika diplomatik missiyasının rəhbəri tribunada olmayıb”, - agentliyin mənbəsi qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ABŞ-nin Rusiyadakı səfirinə mayın 9-da keçiriləcək Qələbə Paradına dəvət göndərildiyini bildirmiş, həmçinin, paradda ABŞ-dən bir neçə veteranın iştirak edəcəyini qeyd etmişdi.