
Rusiyada sərnişin daşımalarının 96%-ni həyata keçirən Rusiyanın aparıcı aviaşirkətləri öz adi cədvəlinə uyğun reyslərə qayıdıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, mayın 6-7-də hava nəqliyyatı cədvəlində fasilələr əsasən Moskva hava limanlarının ərazilərində tətbiq edilən məhdudiyyətlər səbəbindən yaranıb:
“Kütləvi məhdudiyyətlər təkrarlanmasa, Rusiya mülki aviasiyası sərnişinlərin və biznesin maraqları naminə fəaliyyətini davam etdirəcək”.
Xatırladaq ki, Ukrayna pilotsuz təyyarələrinin hücumları səbəbindən Moskva və Rusiyanın digər bölgələrində hava limanları problemlə üzləşib. Moskvanın bütün dörd hava limanı - Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski fəaliyyətini dayandırıb. Mayın 8-də günortadan sonra Rosaviasiya Moskva vilayətinin hava limanlarında vəziyyətin stabilləşdiyini bildirib.