“Toyota” ABŞ-yə görə xalis mənfəətin 34,9% azalacağını gözləyir


Yaponiya avtomobil istehsalçısı “Toyota Motor” 2025-ci maliyyə ilində (31 mart 2026-cı il tarixinə qədər) xalis mənfəətin ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən tətbiq edilən tariflər səbəbindən 34,9% azalacağını gözləyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin dərc etdiyi maliyyə proqnozunda deyilir.
Şirkət xalis mənfəətini 3,1 trilyon yen (cari məzənnə ilə təxminən 21,6 milyard dollar) təşkil edəcəyini proqnozlaşdırır ki, bu da əvvəlki illə müqayisədə 34,9 faiz azalıb. Eyni zamanda, əməliyyat mənfəəti 20,8% azalaraq 3,9 trilyon yen (27,1 milyard dollar) təşkil edəcək.
Qeyd edək ki, ABŞ “Toyota”nın bütün xarici satışlarının təxminən 20%-ni təşkil edir.
Xatırladaq ki, Tramp aprelin 2-də 185 ölkə və ərazidən gələn məhsullara rüsumların tətbiq ediləcəyini açıqlayıb. 10%-lik universal tariflər aprelin 5-də, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib. Bundan sonra Amerika lideri müəyyən ölkə və ərazilərə qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarını 90 gün müddətinə dayandırdığını bəyan edib. Ağ Ev izah etdi ki, fasilə ticarət danışıqları ilə bağlıdır və bu müddət ərzində “10%-lik universal tarif” qüvvədə olacaq. Eyni zamanda, Amerika lideri Çin məhsullarına rüsumları 125%-ə qaldırıb.

DİGƏR XƏBƏRLƏR

Top