
Slovakiyanın Baş naziri Robert Fitso Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Moskvaya gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Estoniya və Latviya Rusiyaya gedən Fitsonun təyyarəsinin keçməsinə icazə verməyib. Bu səbəbdən Slovakiyanın Baş nazirini daşıyan təyyarə daha uzun marşrutla - Macarıstan, Rumıniya, Qara dəniz və Gürcüstan vasitəsilə Moskvaya uçub.
Daha əvvəl Kreml Fitsonun mayın 9-da Qırmızı Meydanda keçiriləcək Qələbə Paradında iştirak edəcəyini bildirib. Fitso özü bildirib ki, Naməlum Əsgərin məzarına əklil qoyacaq və dörd son dərəcə mühüm ikitərəfli görüş keçirəcək.