
İsrailin endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində Qəzza zolağında ən azı 106 fələstinli həlak olub, 367 fələstinli yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
Nazirlik həmçinin İsrailin regionda döyüşləri bərpa etməsindən sonra 2651 nəfərin öldüyünü, 7223 nəfərin yaralandığını bildirib.
Nazirliyin məlumatına görə, 2023-cü il oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin qızışmasından sonra ölənlərin sayı 52 min 700, yaralananların sayı 119 min 264 nəfərə çatıb.