Suriya və İsrail danışıqlar aparır – Şaraa təsdiqlədi


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iki ölkə arasında münasibətlərdə yüksək gərginlik fonunda İsrail və Suriya arasında dolayı danışıqlar üçün kanal yaradıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, bu cür təmaslar təhlükəsizlik və kəşfiyyat məsələlərini həll etmək, həmçinin etimad yaratmaq məqsədi daşıyır.
Qarşılıqlı əlaqə kanalının yaradılması üzrə işlərə aprelin 13-də Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraanın BƏƏ-yə rəsmi səfərindən bir neçə gün sonra başlanıb.
Mənbənin sözlərinə görə, hazırda səylər təhlükəsizlik və terrorla mübarizə ilə bağlı texniki məsələlərə yönəlib. Amma sırf hərbi məsələlər, xüsusən də İsrail ordusunun Suriyadakı hərəkətləri ilə bağlı məsələlər indiki kanaldan kənara çıxır.
Digər tərədfən, Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa da Suriya və İsrail danışıqlarını təsdiqləyib.    
“Vəziyyəti sabitləşdirmək və onun nəzarətdən çıxmasının qarşısını almaq üçün vasitəçilərin köməyi ilə İsraillə dolayı danışıqlar aparılır”, - deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top