
Martın 19-da saxlanılaraq həbs edilən Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi və İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) bələdiyyə sədri Əkrəm İmamoğluna məxsus “X” hesabı bloklanıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Silivri rayonundakı eyniadlı cəzaçəkmə müəssisəsində saxlanılan Ə. İmamoğlu vaxtaşırı sözügedən sosial media hesabında paylaşımlar edirdi.
İmamoğlunun hesabında sonuncu dəfə ötən axşam – mayın 7-də İstanbulun Bəyazıt meydanında CHP-nin keçirdiyi mitinqə çağırış olmuşdu.

Xatırladaq ki, martın 18-də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun diplomu ləğv olunub. Bir gün sonra isə o saxlanılıb. Martın 23-də məhkəmə korrupsiya ittihamını əsas gətirərək İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib. Daha sonra o, İstanbulun bələdiyyə sədrliyindən uzaqlaşdırılıb.