Əksər yollar tıxaclıdır – Siyahı


Paytaxt Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, hal-hazırda sıxlıq olan yollar aşağıdakılardır:
1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
 7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
 8. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
 9. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
 10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
 11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
 12. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
 13. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 14. Zərifə Əliyeva küçəsində;
 15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər.

DİGƏR XƏBƏRLƏR

Top