
Almaniyanın “BMW Group” avtomobil konserninin 2025-ci ilin birinci rübündə xalis mənfəəti 2024-cü ilin eyni dövrü ilə müqayisədə 26,4% azalaraq 2,2 milyard avro təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin birinci rüb üzrə maliyyə hesabatında deyilir.
Bu dövr ərzində avtomobil istehsalçısının gəliri 7,8% azalaraq 33,8 milyard avroya düşüb. Azalma ilk növbədə Çin bazarında hiss olunub. BMW Avropa və ABŞ-də satışlarını bir qədər artırmağı bacarsa da, Çində satışlar 17%-dən çox azalıb. BMW-nin vergidən əvvəl mənfəəti dörddə bir azalaraq 3,1 milyard avroya düşüb. Avtomobil biznesində gəlirlilik 2024-cü il səviyyəsindən 1,9 faiz bəndi aşağı olmaqla 6,9% təşkil edib.