
Azərbaycandan ilk zəvvar qrupu mayın 25-i Həcc ziyarətinə yola düşəcək.
Yeniavaz.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri APA-ya açıqlamasında deyib.
O bildirib ki, digər zəvvar qrupları da mərhələli şəkildə Həcc ziyarətinə yola düşəcəklər.