
Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın müdafiə xərclərini ildə 60 milyard avrodan çox artırmağı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadla “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, müdafiə xərclərinin 2025-ci ildən artırılması nəzərdə tutulur.
Qeyd edək ki, Almaniya 2024-cü ildə müdafiə xərcləri üçün 52 milyard avroya yaxın büdcə ayırıb.