“Moskvaya doğru uçan iki PUA vurulub” – Sobyanin


“Rusiyanın hava hücumundan müdafiə sistemləri Moskvaya doğru uçan iki pilotsuz təyyarəni vurub”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin məlumat yayıb.
“Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri Moskva istiqamətində uçan iki pilotsuz təyyarənin hücumunu dəf edib. Fövqəladə hallar xidmətinin mütəxəssisləri dağıntıların olduğu yerdə işləyirlər”, - Sobyanin deyib.
Mer dronların dəqiq hara düşdüyünü dəqiqləşdirməyib.
“Shot” teleqram kanalının məlumatına görə, bir pilotsuz uçuş aparatı Noginsk üzərində, ikincisi isə Şyolkovo üzərində məhv edilib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top