“Yəməndəki husilər təslim oldu” – Tramp


“Yəmən husiləri artıq döyüşmək istəmir, ona görə də ABŞ husilərin mövqelərinə zərbələr endirməyi dayandırır”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karni ilə görüşü zamanı deyib.
“Husilər artıq döyüşmək istəmədiklərini bizə bildiriblər. Onlar sadəcə döyüşmək istəmirlər. Biz də buna hörmətlə yanaşacağıq. Biz bombardmanları dayandıracağıq, onlar təslim oldular, amma daha da önəmlisi, onlara inanacağıq. Onlar daha gəmiləri partlatmayacaqlarını deyirlər. Bu, bizim hərəkətlərimizin dəqiq məqsədi idi”, - Tramp deyib.
ABŞ Prezidenti əlavə edib ki, Amerika ordusu husilərin mövqelərini bombalamağı dərhal dayandıracaq.
Xatırladaq ki, 2023-cü ilin payızından bəri Yəmən husiləri Qırmızı dənizdə mütəmadi olaraq mülki və hərbi gəmilərə hücum edir. Qrup İsraillə əlaqəsi olan istənilən şəkildə bütün gəmilərə hücum edəcəyini bildirib və bu hərəkətlərini “ABŞ-İsrailin Qəzza zolağına təcavüzü”nə cavab adlandırıb. Eyni zamanda müxtəlif ölkələrin bir çox ticarət gəmiləri də hücuma məruz qalıb. Hücumlara cavab olaraq ABŞ husilərin mövqelərinə zərbələr endirir.

DİGƏR XƏBƏRLƏR

Top