Ronaldonun 13 yaşlı oğlu milliyə dəvət alıb


Kriştianu Ronaldonun böyük oğlu Kriştianu Ronaldo Jr. ilk dəfə Portuqaliyanın U-15 milli komandasını təmsil etmək üçün çağırılıb.
Yeniavaz.com
Portuqaliya mətbuatına istinadla xəbər verir ki, 13 yaşlı Ronaldo Jr. artıq Xorvatiyada gənclər arasında keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəyini təsdiqləyib.
Portuqaliyanın U-15 yığması mayın 13-dən 18-dək Xorvatiyada keçiriləcək Vlatko Markoviç turnirində mübarizə aparacaq. U-15 yığmasının burada dörd yoldaşlıq oyunu keçirməsi planlaşdırılır ki, bu da balaca Ronaldoya milli formanı geyinmək və beynəlxalq səhnədə istedadını nümayiş etdirmək fürsəti verəcək.
Qeyd edək ki, Kriştianu Ronaldo Jr. hazırda atasının da oynadığı Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun gənclər akademiyasında çıxış edir.

DİGƏR XƏBƏRLƏR

Top