
Üsküdar Bələdiyyəsi (İstanbul) məclisinin Ədalət və İnkişaf Partiyasından seçilmiş (AKP) üzvü Əkrəm Baki partiyasından istefa verdiyini açıqlayıb.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, Baki müxalifətə təzyiqlərin artması səbəbindən partiyasından istefa verdiyini açıqlayıb.
Məclis üzvünün bu qərarı sosial mediada geniş əks-səda doğurub.
“Üzvü olduğum Ədalət və İnkişaf Partiyasından istefa verirəm, çünki son günlər ölkəmizdə müxalifətə qarşı davam edən ağır təzyiqlərin və artan dozanın müsbətə doğru dəyişəcəyinə dair heç bir əlamət görmürəm. Həm hüquq, həm də siyasət anlayışım bununla bir araya sığmır”, - deyə Baki çıxışında bildirib.