Naxçıvanda XİN Aparatının idarəsi yaradılacaq


Prezident İlham Əliyevin imzaladığı Fərmanla Azərbaycan Xarici İşlər Nazirliyi haqqında Əsasnamə təsdiq edilib.
Yeniavaz.com
xəbər verir ki, sənədə əsasən, Azərbaycan Nazirlər Kabineti “Diplomatik xidmət haqqında” Azərbaycan Qanununa uyğun olaraq, Azərbaycan səfirlikləri, daimi nümayəndəlikləri, konsulluqları və fəxri konsulları haqqında əsasnamələrin yeni layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.
Qurum, həmçinin Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının vəzifə maaşlarının məbləği və diplomatik xidmət stajına, diplomatik rütbəyə, təmsilçiliyə, hakimiyyət səlahiyyətinə görə vəzifə maaşına əlavələr, eləcə də həmin əməkdaşların digər təminatları ilə əlaqədar təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Fərmanla, həmçinin Azərbaycan XİN Naxçıvandakı İdarəsi əsasında Azərbaycan Xarici İşlər Nazirliyi Aparatının müvafiq idarəsinin yaradılması ilə bağlı tədbirlər, eləcə də bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.

DİGƏR XƏBƏRLƏR

Top