
Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistanın ikinci prezidenti Robert Köçəryanı “rus casusu” adlandırıb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, Simonyan bu bəyanatla mayın 5-də keçirdiyi brifinqdə çıxış edib.
Simonyan jurnalistlərə deyib ki, casusluqla bağlı heç bir sübutu yoxdur, lakin o, siyasətçidir və eks-prezidentin və rəhbərlik etdiyi “Hayastan” blokunun nümayəndələrinin səsləndirdiyi tezislərin təhlili əsasında siyasi bəyanatla çıxış edir. Bu tezislər, Simonyanın fikrincə, Rusiyanın mövqeyi ilə üst-üstə düşür.
“Bu, mənim siyasi qiymətimdir”, - deyə Simonyan əlavə edib.
Buna əsaslanaraq o, Köçəryanı “Rusiyanın maraqlarına xidmət edən” siyasi xadim hesab etdiyini bildirib.