Tramp Putinlə Səudiyyə Ərəbistanında görüşə bilər


ABŞ Prezidenti Donald Tramp mayın ortalarında Səudiyyə Ərəbistanına səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə mümkün görüşü nəzərdən keçirəcəyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.
Jurnalistlər dövlət başçısından onun Səudiyyə Ərəbistanına planlaşdırılan səfəri zamanı rusiyalı həmkarı ilə görüşmək niyyətində olub-olmadığını soruşublar.
“Bilmirəm, biz bu haqda düşünməliyik”, - deyə ABŞ Prezidenti cavab verib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus Ukrayna böhranının həlli məsələsində Rusiya və ABŞ liderləri arasında ünsiyyətin zəruri olduğunu bildirib.
Digər tərəfdən, Putin və Tramp martın 18-də telefon danışığı keçiriblər və onlar Ukrayna münaqişəsində 30 günlük atəşkəs, gərginliyin qarşısının alınması şərtləri və bir sıra beynəlxalq məsələləri müzakirə ediblər.
Putin həmçinin Trampın münaqişə tərəflərinin enerji infrastrukturu obyektlərinə zərbə endirməkdən qarşılıqlı şəkildə çəkinmək təklifi ilə də razılaşıb.
Xatırladaq ki. Tramp daha əvvəl Putinlə Yaxın Şərqə səfərindən sonra görüşəcəyini və bu səfər çərçivəsində mayın 13-dən 16-dək Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər edəcəyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top