
Ukrayna Hərbi Dəniz Qüvvələrinin pilotsuz uçuş aparatları ABŞ istehsalı olan “AIM-9 Sidewinder” hava-hava raketlərindən istifadə etməklə Rusiyaya məxsus iki “Su-30” qırıcısını məhv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “The War Zone” nəşrinə verdiyi müsahibədə bildirib.
Kirill Budanov qeyd edib ki, bu əməliyyat zamanı “Maqura-7” tipli üç dəniz pilotsuz uçan aparatından istifadə olunub və onlardan ikisi döyüş təyyarələrini hədəfə alaraq uğurla vurub. O, bu hadisəni “tarixi bir an” adlandırıb.
Qeyd edək ki, daha əvvəl Ukrayna pilotsuz təyyarələrinin Novorossiysk limanına endirdiyi zərbə zamanı bir “Su-30” qırıcısının vurulduğu bildirilmişdi. Ukrayna Baş Qərargahı isə hesabatında iki təyyarənin vurulduğunu açıqlayıb.
Budanov əlavə edib ki, ilk vurulan təyyarənin ekipaj üzvləri sağ qalaraq Qara dənizdən mülki gəmi vasitəsilə çıxarılıb. İkinci təyyarəyə gəldikdə isə onun pilotlarının həlak olduğu ehtimal edilir. Bununla belə, Budanov bildirib ki, ikinci təyyarənin qəzaya uğradığını təsdiqləyən vizual görüntülər mövcud deyil.
Rusiya tərəfi isə bu hadisə ilə bağlı hələlik heç bir rəsmi açıqlama yaymayıb.