Sumqayıtda yaşayış binasında yanğın olub – Video


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Yeniavaz.com
FHN-ə istinadla xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
“Beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsinin pilləkən qəfəsində elektrik sayğacı qutusunda baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində elektrik sayğacı qutusunda 6 ədəd elektrik sayğacı, 6 ədəd elektrik açarı, 1 ədəd ümumi açar və 3p.m. elektrik kabeli yanıb.
Mənzillər yanğından mühafizə olunub”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top