Hindistan Pakistandan malların idxalına və tranzitinə qadağa qoydu


Hindistan Pakistanda istehsal olunan və ya oradan tranzit keçən malların idxalına qadağa qoyub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Hindistan hökumətinin Xarici Ticarət Departamentinin dərc olunmuş sərəncamında deyilir.
Bildirilib ki, Pakistandan gələn və ya Pakistandan çıxarılan bütün malların birbaşa və ya dolayı yolla idxalı və ya tranziti növbəti xəbərdarlıq edilənə qədər qadağandır.
Qeyd olunur ki, məhdudiyyət milli təhlükəsizlik və dövlət siyasətinin maraqlarına uyğun olaraq tətbiq edilib.
Xatırladaq ki, aprelin 22-də silahlı şəxslər məşhur turizm şəhəri olan Pahalqamda vətəndaşlara atəş açıblar. Hadisə nəticəsindıə 25 Hindistan vətəndaşı və bir Nepal vətəndaşı həlak olub. Həmçinin, çoxlu sayda yaralı var. Hücum edənlər qaçmağa müvəffəq olub. Hər iki tərəfin qoşunları son günlər sərhəddə arabir atıcı silahlardan atəş açıblar.

DİGƏR XƏBƏRLƏR

Top