ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır – “Reuters”


ABŞ hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, bu tədbirlər Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar zamanı Rusiyaya təzyiqi artırmaq məqsədi daşıyır.
Agentliyin mənbələrindən biri bildirib ki, ABŞ Milli Təhlükəsizlik Şurası əlavə məhdudiyyətlərin koordinasiyası üzərində işləyir.
Onların məlumatına görə, yeni iqtisadi sanksiyalar paketində bank və enerji sektorunda məhdudiyyətlər ola bilər.
Sanksiyalarla bağlı yekun qərarı prezident Donald Tramp verməlidir. Onun bu təşəbbüsə razı olub-olmayacağı hələlik məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top