Dünyanın ən yaşlı qadını 115 yaşına necə çatdığından danışdı


İngilis Etel Keyterhem zövq aldığı işlə məşğul olduğu üçün 115 yaşına qədər yaşadığını deyir.
Yeniavaz.com
xəbər verir ki, “The Guardian” qəzeti dünyanın ən uzunömürlü qadını titulunun yeni sahibi ilə söhbətindən yazıb.
Etel Keyterhem 1909-cu ildə anadan olub. 1987-ci ildən o, 114 yaşlı Anna Uilyamsdan sonra ən uzunömürlü şəxs fəxri adını daşıyan ilk britaniyalı qadındır. O, səkkiz uşağın ikinci ən kiçiyidir. Keyterhem hərbçi ilə evləndikdən sonra Britaniya qarnizonlarının yerləşdiyi bir çox ölkələrə səyahət edib. Bu gün qadının iki qızı, üç nəvəsi və beş nəticəsi var.
“Mən hər şeyi sakit, enişli-yoxuşlu qəbul etdim. Dinləyirəm və xoşuma gələni edirəm”, - qadın sirrini bölüşüb.
Keyterhem hazırda Surrey ştatının Laytvoter şəhərindəki qocalar evində yaşayır.
Qeyd edək ki, 116 yaşlı braziliyalı rahibə İna Kanabarro Lukasın ölümündən sonra Etel Keyterhem dünyanın ən yaşlı insanı seçilib.

DİGƏR XƏBƏRLƏR

Top