
Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının üzvlərindən biri ürək tutmasından dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə news.am məlumat yayıb.
Nəşrin məlumatına görə, avropalı məmurun meyiti İrəvandakı otellərdən birində tapılıb. Digər təfərrüatlar verilməyib.
Xatırladaq ki, Aİ-nin uzunmüddətli missiyası 2023-cü il fevralın 20-də 2 il müddətinə Ermənistanda yerləşdirilib və ilkin olaraq 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Aİ missiyanın 209 nəfərə genişləndirildiyini elan edib.