
Rustavidə İŞİD sıralarına qoşulduğu üçün İnterpol xətti ilə axtarışda olan əcnəbi vətəndaş yaxalanıb.
Yeniavaz.com xəbər verir ki, məlumatı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti yayıb.
“Saxlanılan şəxs döyüş təcrübəsinə malikdir və partlayıcı qurğular üzrə yüksək ixtisaslı mütəxəssisdir. Həmin şəxs terror təşkilatında xüsusilə mühüm fəaliyyətlərə cavabdeh olub”, - mətbuat xidmətinin məlumatında deyilir.
Qurumun məlumatına görə, saxlanılan şəxsin yaşadığı ünvandan istintaq üçün vacib olan müxtəlif növ sübutlar və elektron məlumat daşıyıcı qurğular götürülüb.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda saxlanılan şəxsin hansı ölkənin vətəndaşı olması və onun Gürcüstana necə girdiyi qeyd olunmur.